Qəzzada ölənlərin sayı 50 912 nəfərə çatdı


  • 11 Aprel 16:06

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 26 nəfər ölüb, 106 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 542 fələstinli həyatını itirib, 3 840 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 50 912-yə, yaralıların sayı isə 115 981- ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər