- 12 Aprel 20:45
Bu gün Somali ilə Ukrayna arasında diplomatik əlaqələr qurulub.
E-huquq.az "Unian"a istinadən xəbər verir ki, bu əlaqələr Türkiyədə Antalya Diplomatik Forumu zamanı qurulub.
"Bu gün Somali ilə rəsmi diplomatik əlaqələr qurduq. Müvafiq protokolu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Əli Məhəmməd Ömərlə imzaladım", - Ukraynanın xarici işlər naziri Andriy Sybiha bildirib.
Daha sonra onlar ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Humay Eminqızı