- 12 Aprel 20:45
Çin ABŞ mallarına rüsumları 84%-dən 125%-ə qaldıracaq. Bu qərar aprelin 12-dən qüvvəyə minəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq olunan rüsumları 125%-ə çatdırmasına cavabdır.
Çin prezidenti Si Tsinpinin sözlərinə görə, Avropa İttifaqı və Çin tariflərə qarşı çıxmaq üçün güclərini birləşdirməlidir.
“Çin və Avropa öz beynəlxalq öhdəliklərini yerinə yetirməli, yəni iqtisadi qloballaşma tendensiyasını və beynəlxalq ticarət mühitini birgə qorumalıdır”, - deyə prezident qeyd edib.
Humay Eminqızı