- 12 Aprel 20:45
“Vaşinqtonun tək tələbi Tehranın nüvə silahı istehsalını dayandırması olsa, ABŞ və İran Omandakı danışıqlarında asanlıqla razılığa gələ bilər”.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi deyib.
"Amerikalılar deyirlər ki, İranın nüvə silahı olmamalıdır. Biz təkidlə təkrar edirik ki, nüvə silahı bizim üçün maraqlı deyil. Ona görə də amerikalıların yeganə tələbi İranın nüvə silahına malik olmamasıdırsa, bizim yeni razılaşmamız olacaq", - deyə Taxt-Rəvançi qeyd edib.
"Əgər kimsə danışıqlara başqa nələrsə qatmaq və bununla da işi çətinləşdirmək istəsə, biz buna nail ola bilməyəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında görüşün birinci raundu aprelin 12-də Omanda keçiriləcək. Əsas danışıqları İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff aparacaq.
Humay Eminqızı