- 12 Aprel 20:45
ABŞ-nin Vaşinqton şəhərindəki Ronald Reyqan hava limanında amerikalı siyasətçilərin də olduğu təyyarə qəzaya uğrayıb.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Təyyarələrdən biri digərinin qanadına çırpılıb.
Məlumata görə, sərnişinlər arasında ABŞ Konqresinin yeddi üzvü olub.
Hər iki təyyarə "American Airlines"a məxsus olub. Onlardan biri Nyu-Yorka, digəri isə Cənubi Karolina ştatının Çarlston şəhərinə uçurmuş.
Toqquşmadan sonra sərnişinlər təxliyə edilib.
Humay Eminqızı