- 17:51
Türkiyənin paytaxtı Ankarada əlverişsiz hava şəraiti ilə əlaqədar tədris prosesinə fasilə verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin bildirib.
O, gözlənilən sulu qar və fırtına səbəbindən məktəblərin 1 günlük bağlandığını deyib.
Vali, həmçinin qeyd edib ki, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.
Şəbnəm Mehdizadə