Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 105 nəfər saxlanılıb


  • 11 Aprel 11:03

Türkiyənin 23 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 105 şübhəli şəxs saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

O, şübhəli şəxslərin İŞİD üzvü olduqlarını, terror təşkilatına maliyyə dəstəyi verdiklərini və sosial media hesabları vasitəsilə İŞİD-in təbliğatı apardıqlarını deyib. Nazirin sözlərinə görə, əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

"Ölkəmizin hər bir bölgəsində əmin-amanlığın təmin edilməsi üçün ilin 365 günü gecə-gündüz terror təşkilatlarına qarşı apardığımız əməliyyatlar fasiləsiz davam edir", - Yerlikaya qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər