Alimlər ağciyər xərçənginin qidalanma ilə bağlı olduğunu bildirir


  • 11 Aprel 10:35

ABŞ-da aparılan araşdırmalara görə, ağciyər xərçəngi riski təkcə siqaret və ya havanın çirklənməsi ilə deyil, həm də yemək vərdişləri ilə əlaqəli ola bilər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Florida və Kentukki universitetlərinin alimləri müəyyən ediblər ki, orqanizmdə qlükozanı saxlayan molekul olan qlikogen bəzi növ ağciyər xərçənginin yaranmasına səbəb ola bilər.

Tədqiqatçılar ağciyər adenokarsinoması adlanan xərçəng növündə qlikogen səviyyəsinin yüksək olduğunu və bunun dünya üzrə xəstəliyin təxminən 40 faizini təşkil etdiyini müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə qlikogen miqdarının artması ilə şiş böyüməsinin sürətləndiyi, bu molekulun azaldıqda isə xərçəngin yayılmasının yavaşladığı müşahidə edilib.

Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, yağ və karbohidratlarla zəngin qidalarla qidalanan siçanlarda adi qida ilə qidalananlara nisbətən daha yüksək sürətlə şiş inkişaf edir. Bu vəziyyət yüksək kalorili və şəkərli qidaların xərçəng üçün qaynaq olduğunu ortaya qoyur.

Məlumdur ki, qlikogen məşq zamanı enerji kimi istifadə olunan və əzələlərdə yığılan bir maddədir. Ancaq bu molekul da yüksək karbohidrat və yağ istehlakı ilə bədəndə toplanır.

Mütəxəssislər bu kəşflərin insanlara təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar. Lakin ilkin nəticələr pəhrizin ağciyər adenokarsinoması kimi bəzi xərçəng növlərində mühüm rol oynaya biləcəyini göstərir.

Tədqiqat Nature Metabolism jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər