Cənubi Afrikada helikopterin qəzaya uğramasında pinqvin günahkar bilinib


  • 11 Aprel 10:26

Cənubi Afrikada yanvar ayında baş verən helikopter qəzasına karton qutuda olan pinqvinin səbəbkar olduğu bildirilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin son hesabatına görə, "Robinson R44 Raven II" helikopterindəki sərnişinlərdən birinin əlində pinqvin olan qutu olub.

Cənubi Afrika Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəza qutunun sürüşməsi nəticəsində baş verib.

"Təyyarədə olan sərnişinlərdən heç biri qəza nəticəsində xəsarət almayıb, pinqvin də zərər görməyib", - məlumatda deyilir.

Xəbərdə pinqvinin vertolyotda niyə olması ilə bağlı heç bir məlumat verilməyib, sadəcə araşdırma aparan mütəxəssisin pinqvinin geri gətirilməsini istədiyi və pilotun razılaşdığı bildirilib.

Aviasiya idarəsi pilotun yüklə bağlı lazımi prosedurlara əməl etmədiyini müəyyən edib.

Qeyd edilib ki, pilot yoxlama aparıb, lakin risk qiymətləndirməsində pinqvini karton qutuda daşımaq niyyətini göstərməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər