Alimlər yerin dərinliklərində yeni mikroorqanizmlər kəşf edib


  • 10 Aprel 18:03

Miçiqan Dövlət Universitetinin tədqiqatçıları torpaq qatında əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar ediblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malikdir.

Bu mikroorqanizmlər ağacların zirvələrindən başlayaraq 200 metr dərinliyə qədər uzanan ekosistem təbəqəsini əhatə edir.

Miçiqan Dövlət Universitetinin Mikrobiologiya professoru James Tiedjenin rəhbərlik etdiyi komanda dərin torpaq qatlarında “CSP1-3” adlı yeni mikrob filumunu aşkar edib. Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib. Bu orqanizmlərin gözləniləndən çox daha dominant bir yerə sahib olduğu da müəyyən edilmişdir. Bəzi nümunələrdə CSP1-3 qrupunun torpaq mikrobiotasının 50%-dən çoxunu təşkil etdiyi qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər