Ötən il Almaniyada 2,8 milyon insan internetdən istifadə etməyib


  • 10 Aprel 17:59

Almaniyada keçən il 2,8 milyon insan internetdən ümumiyyətlə istifadə etməyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata görə, ötən il Almaniyada 16-74 yaşlı insanların 4 faizi ümumiyyətlə internetdən istifadə etməyib.

Almaniyada keçən il internetdən ümumiyyətlə istifadə etməyənlərin ən yüksək nisbəti 65-74 yaş qrupunda olub.

Müqayisə üçün qeyd edək ki, Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, keçən il Avropa İttifaqında internetdən istifadə etməyən insanların orta sayı 5 faiz olaraq açıqlanıb. Aİ üzvləri arasında ciddi fərqlərin olması da diqqət çəkir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər