- 17 Aprel 23:52
Konqo Demokratik Respublikasında qayıq aşıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Mayita şəhəri yaxınlığında, Konqo çayında baş verib.
Qayığın aşması nəticəsində azı 50 nəfər ölüb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Konqoda kifayət qədər asfalt yollar olmadığından nəqliyyat üçün çay və göllərdən istifadə olunur.
Şəbnəm Mehdizadə