İstanbulda Rusiya-ABŞ danışıqlarının ikinci raundu başa çatdı


  • 10 Aprel 16:56

Rusiya və ABŞ arasında İstanbulda keçirilən görüş başa çatıb.

E-huquq.az Rusya mətbuatına istinadən xəbər verir ki, görüş 5 saatdan çox davam edib və səfirliklərin işinin normallaşdırılması ilə bağlı olub.

Görüşdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edib.

Görüş mətbuata açıqlama verilmədən başa çatıb.

Xatırladaq ki, Rusiya və ABŞ arasında İstanbulda keçirilən 1-ci görüş 27 fevral tarixində baş tutmuşdu.

Humay Eminqızı

Oxşar xəbərlər