- 17 Aprel 23:52
Avropa İttifaqı ABŞ-a qarşı yeni tariflərin tətbiqini 90 gün müddətinə təxirə salıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” sosial şəbəkəsində paylaşım edib.
"ABŞ Prezidenti Donald Trampın bəyanatını nəzərə almışıq. Danışıqlara şans vermək istəyirik. Hələlik üzv dövlətlərimizdən güclü dəstək alan Aİ-nin əks-tədbirlərini 90 günə təxirə salırıq", - deyə sədr vurğulayıb.
O bildirib ki, danışıqlar qeyri-qənaətbəxş olarsa, əks tədbirlər qüvvəyə minəcək.
Qeyd edək ki, fon der Leyen daha əvvəl Trampın qarşılıqlı tariflərin tətbiqini dayandırmaq qərarını alqışlamışdı. O, bunun qlobal iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində mühüm addım olduğunu və aydın, proqnozlaşdırıla bilən şərtlərin ticarət şəbəkələrinin və təchizat zəncirlərinin işləməsi üçün vacib olduğunu söyləmişdi.
Humay Eminqızı