Qəzzada ölənlərin sayı 50 886 nəfərə çatdı


  • 10 Aprel 14:57

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 40 nəfər ölüb, 146 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 522 fələstinli həyatını itirib, 3 834 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 50 886-a, yaralıların sayı isə 115 875 çatıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Humay Eminqızı

Oxşar xəbərlər