Türkiyədə güclü külək bəzi fəsadlar törədib


  • 10 Aprel 13:44

Türkiyənin Van şəhərində güclü külək bir sıra fəsadlar törədib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən başlayan və axşam saatlarında güclənən külək bəzi binaların dam örtüyünü zədələyib, ağacların budaqlarını qırıb.

Yol kənarındakı bəzi ağaclar aşıb, zibil qabları yola atılıb.

İpekyolu və Edremit rayonlarında bəzi binaların dam örtüyü uçub.

Damlardan düşən parçalar park edilmiş avtomobillərə ziyan vurub.

Şəhərdə görmə məsafəsi azalıb.

Güclü külək və toz fırtınasının bir müddət davam edəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər