Əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb


  • 10 Aprel 13:39

Dominikanda əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendez Santo məlumat verib.

O, "Jet Set" əyləncə məkanında baş verən insident zamanı itkin düşənlərlə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.

Qeyd edək ki, aprelin 8-də "Jet Set" adlı əyləncə məkanının damı uçub. Hadisə vaxtı içəridə 300-ə yaxın müştəri olub. Həyatını itirənlər arasında sənətçi Rubby Perez və keçmiş Amerika Böyük Beysbol Liqasının (MLB) oyunçusu Octavio Dotel də var. Dominikan Respublikasının Prezidenti Luis Abinader ölkədə üç günlük matəm elan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər