- 17 Aprel 23:52
Afrikanın ən qədim milli parkı olan Virunqa Milli Parkında qarayara epidemiyası nəticəsində 50 begemot ölüb.
E-huquq.az xəbər verir ki, epidemyadan ölən heyvanların cəsədi Konqo Demokratik Respublikası (DRC) ilə Uqanda arasında Edvard gölünün cənubunda yerləşən çayda suyun səthində tapılıb.
Konqonun Şimali Kivu bölgəsindəki Təbiəti Mühafizə İnstitutu (ICCN) ictimaiyyəti diqqətli olmaları və xüsusilə vəhşi heyvan ətindən istifadə etməmək barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə