- 17 Aprel 23:52
"ABŞ ticarət müharibəsi aparmaqda qərarlıdırsa, Çin sonuna qədər cavab verəcək".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirliyin sözçüsü Lin Jian Çinin ABŞ-la müharibə aparmaqda maraqlı olmadığını,, lakin ABŞ-nin tariflərlə bağlı təhdidləri davam etdirəcəyi təqdirdə də bundan qorxmayacağını bildirib.
Nazirlik rəsmisi ticarət müharibəsinin ABŞ xalqının dəstəyini qazanmayacağını və uğursuzluqla nəticələnəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp Çin mənşəli məhsullar üçün gömrük rüsumunu 125 faiz artırdığını açıqlayıb.
Şəbnəm Mehdizadə