Avtobusla yanacaq tankeri toqquşub, yaralılar var


  • 10 Aprel 12:10

Türkiyənin Hakkari şəhərində avtobusla yanacaq tankeri toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hakkari-Van yolunun Sarıtaş kəndi yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Bölgəyə təcili yardım, jandarma, xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşını ilə Hakkarinin Yüksekova və Vanın Başkale rayonlarındakı xəstəxanalara aparılıb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər