Türkiyədə yağışlı hava ilə bağlı sarı xəbərdarlıq verilib


  • 10 Aprel 12:04

Türkiyənin 29 vilayətində güclü yağışla əlaqədar olaraq əhaliyə "sarı" xəbərdarlıq verilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hakkari və Van vilayətlərində isə əhaliyə "narıncı" xəbərdarlıq edilib.

Məlumata görə, bu gün Cənub-Şərqi Anadoluda, Elazığ və Hatay ətrafında güclü külək və tufan gözlənilir.

Niğde, Kayseri və Sivas bölgələrində isə sulu qar və qar gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər