- 17 Aprel 23:52
Türkiyənin Muğla şəhərində 3 gəmidə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Fethiye rayonunda sahilə bağlanmış gəmidə naməlum səbəbdən yanğın başlayıb.
Alov sürətlə yaxınlıqdakı digər iki gəmiyə də keçib.
Əraziyə çoxlu sayda yanğınsöndürənlər göndərilib.
Sahil Təhlükəsizlik İdarəsinin qrupları dənizdən çıxan yanğına müdaxilə edir.
Qruplar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.
Şəbnəm Mehdizadə