Ankarada mədən çöküb, yaralılar var


  • 10 Aprel 11:11

Türkiyənin Ankara şəhərində mədən çöküb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Beypazarı rayonunda yerləşən kömür mədənində baş verən çökmə nəticəsində 13 mədənçi yaralanıb.

Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb.

Onlardan birinin vəziyətinin ağırdır.

Ankara valisi Vasip Şahin hadisə zamanı mədəndə 29 mədənçinin olduğunu bildirib.

Baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər