- 17 Aprel 23:52
Türkiyənin Ədirnə vilayətində İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) məxsus yük maşınında 8 qeyri-qanuni miqrant saxlanılıb, avtomobili idarə edən İBB işçisi isə həbs edilib.
E-huquq.az xəbər verir ki, saxlanılan miqrantlardan beşinin Suriya, üçünün isə İraq vətəndaşı olduğu müəyyən edilib. Avtomobildə aparılan axtarış zamanı bir şişmə qayıq da aşkarlanıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün İBB-də işlədiyi, başqa bir şirkət adına rəsmiləşdirilən maşınının isə bələdiyyənin yaşıllaşdırma işlərindən cavabdeh qurumu tərəfindən icarəyə götürüldüyü müəyyən edilib.