- 17 Aprel 23:52
Almaniyanın yeni hökuməti ölkə vətəndaşlığını almaq üçün tələb olunan yaşama müddətini üç ildən beş ilədək artırmağı planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) rəhbəri və kansler postuna əsas namizəd Fridrix Merz məlumat verib.
Merz vətəndaşlıq əldə etməyin ən azı beş il çəkəcəyini qeyd edib.
Yeni hökuməti formalaşdırmaq üzrə danışıqlar aparan tərəflər, həmçinin qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə bir sıra əlavə tədbirlər barədə razılığa gəliblər. Bu tədbirlər arasında sərhəddə sığınacaq axtaranların geri qaytarılması, qaçqınların Suriyaya deportasiyasına icazə verilməsi və ailələrin birləşdirilməsi proqramının dayandırılması da yer alır.