Aİ ölkələri ABŞ-a qarşı ticarət tariflərini təsdiqlədi


  • 9 Aprel 17:54

Avropa İttifaqı ölkələri ABŞ-a qarşı aprelin 15-dən tətbiq olunacaq ticarət tariflərini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.

Qeyd edilib ki, bu gün Aİ-yə üzv ölkələr Avropa Komissiyasının ABŞ-a qarşı ticarət əks-tədbirlərinin tətbiqi təklifinin lehinə səs verib.

"ABŞ ədalətli və balanslaşdırılmış danışıqlar nəticəsi ilə razılaşarsa, bu əks tədbirlər istənilən vaxt dayandırıla bilər", - məlumatda deyilir.

Oxşar xəbərlər