- 17 Aprel 23:52
Rəsmi Pekin ABŞ-nin Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tariflər aprelin 10-da qüvvəyə minəcək.
Çin, həmçinin daha 6 ABŞ şirkətini etibarsız təşkilatlar siyahısına, 12 ABŞ müəssisəsini isə ixrac nəzarəti siyahısına isə əlavə edib.
Çinin Amerika mallarına yeni tarifləri elan etməsindən sonra ABŞ fond fyuçersləri təxminən 1,7%, Avropada səhmlər 4%-dən çox ucuzlaşıb.
Humay Eminqızı