Almaniyada cinsi zorakılıq halları xeyli artıb


  • 9 Aprel 16:02

Almaniyada zorakılıqla bağlı cinayət hadisələri 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

E-huquq.az Almaniya mətbuataına istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fazer məlumat verib.

Nazir 2024-cü ilin cinayət hadisələrinə dair statistik məlumatları açıqlayıb.

Statistikaya görə, ötən il ölkədə cinayətlərin ümumi sayı 1,7 faiz azalaraq, təxminən 6 milyona enib.

Bununla belə, zorakılıq cinayətləri 1,5 faiz artaraq 217 minə çatıb. Bu, 2007-ci ildən bəri ən yüksək göstəricidir. esabatda zorlama və cinsi təcavüz hadisələrinin 2024-cü ildə bir əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 13 min 320-yə yüksəlib.

Bu cinayətlərdə müəyyən edilən 11329 şübhəlinin 6892-si Almaniya, 4437-si isə xarici ölkə vətəndaşıdır.

Nazir qadınlara qarşı zorakılıqla mübarizə üçün təqiblərin və elektron monitorinq kimi tədbirlərin artırılmasının vacibliyini vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər