- 17 Aprel 23:52
Uranda bir gün əvvəllər hesablanmış müddətdən 28 saniyə uzundur.
E-huquq.az xəbər verir ki, alimlərin fikrincə, Hubble Kosmik Teleskopu tərəfindən toplanan məlumatlar Uranın öz oxu ətrafında 17 saat 14 dəqiqə 52 saniyəyə dövrə vurduğunu göstərir.
Bu, NASA-nın 1980-ci illərdə proqnozlaşdırdığı vaxtdan 28 saniyə uzundur.
Fransız alimlərinin rəhbərlik etdiyi qrup, Uranın fırlanma dövrünün daha dəqiq hesablanmasını təmin etmək üçün buz nəhənginin maqnit qütblərini izləyən auroranın (auroral işıqlar) onillik müşahidələrini təhlil edib.
Yeddinci planet olan Uran Günəş ətrafında bir dövrəni 84 Yer ili müddətində tamamladığı məlum olub
Şəbnəm Mehdizadə