Yunanıstanda fəhlələr və dövlət qulluqçuları tətil keçirib


  • 9 Aprel 15:42

Yunanıstanda fəhlələr və dövlət qulluqçuları tətil keçirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə fəhlələr və dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar.

Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyat, dəmir yolu və dəniz nəqliyyatı tamamilə dayanıb. Qatarların hərəkəti ləğv edilib, hava limanlarında uçuşlar təxirə salınıb. Paytaxt Afinada nümayiş keçirilib. Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısında yürüş keçirib.

Fəallar hökumətin yaşayış minimumuna çarə tapması və maaşların artırılması tələblərini səsləndiriblər. Təqaüdçülər isə 2009-cu ildə başlayan iqtisadi böhran zamanı ləğv edilən 13 və 14-cü maaş sisteminin bərpasını tələb ediblər. Oxşar etirazlar ölkənin bir çox müxtəlif şəhərlərində, xüsusilə Salonikidə keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər