Zaxarova: "Fransa və Britaniya Odessaya müdaxiləyə hazırlaşır"


  • 9 Aprel 15:35

"Paris və London Odessaya hərbi müdaxilənin parametrlərini hazırlayır".

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, bu, Qərb Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə olunan planlardır.

Diplomat qeyd edib ki, aprelin 4-5-də Kiyevdə Ukrayna, Böyük Britaniya və Fransanın Baş Qərargah rəislərinin görüşü keçirilib: "Görüşün məqsədi onların tərtib etdiyi kimi, Ukrayna ərazisinə mümkün yerləşdirmənin operativ planlarını, onların təbirincə, çoxmillətli sülhməramlı kontingentini müəyyən etmək olub".

Zaxarovanın sözlərinə görə, müzakirələr mahiyyət etibarı ilə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya gələcək Fransa-Britaniya müdaxiləsinin parametrləri ilə bağlı olub.

Humay Eminqızı

Oxşar xəbərlər