- 17 Aprel 23:52
Aprelin 9-da Ukrayna G7 ERA təşəbbüsü çərçivəsində Aİ-dən 1 milyard avroluq üçüncü tranş alıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıxal məlumat verib.
Baş nazir vurğulayıb ki, bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən G7 təşəbbüsü çərçivəsində üçüncü tranşdır. Vəsaitlər dövlət büdcəsinin prioritet xərclərinə yönəldiləcək.
Qeyd edək ki, ümumilikdə, Avropalı müttəfiqlər ERA proqramı çərçivəsində Ukraynaya 5 milyard avro yardım edib.
Humay Eminqızı