Kanada ABŞ-yə əlavə tariflər tətbiq edəcək


  • 9 Aprel 13:21

Kanada hökuməti ABŞ-ın Kanada avtomobil sənayesinə təsir edən tariflərinə cavab olaraq yeni iqtisadi tədbirlər görəcəyini açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın maliyyə naziri Fransua-Filip Şampan bu əks tədbirlərin aprelin 9-da qüvvəyə minəcəyini bildirib.

Yeni tariflərə görə, Kanada-ABŞ-Meksika Müqaviləsinə (CUSMA) uyğun gəlməyən, ABŞ-dan Kanadaya gətirilən bütün tam tikilmiş nəqliyyat vasitələrinə 25% rüsum, CUSMA-ya uyğun, tam qurulmuş, Kanada və ya Meksika istehsalı olmayan nəqliyyat vasitələrinə görə 25% rüsum təyin edilib.

Bundan əlavə, Kanada hökuməti avtomobil istehsalçıları üçün xüsusi remissiya sistemi tətbiq edir. O, Kanadanın özündə avtomobil sənayesinə investisiyaları təşviq etmək, iş yerlərini qorumaq və milli istehsalı dəstəkləmək üçün nəzərdə tutulub.

Humay Eminqızı

Oxşar xəbərlər