- 17 Aprel 23:52
Türkiyənin İstanbul şəhərində qocalar evində yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Maltəpə qəsəbəsində yerləşən 3 mərtəbəli qocalar evinin xüsusi qayğı bölməsində yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və tibb qrupları göndərilib.
Yanğın zamanı qocalar evində olan qocalar yanğınsöndürənlər və müəssisə əməkdaşları tərəfindən təxliyə edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində 24 nəfər tüstüdən zəhərlənib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə