Avstraliyada bu mesajlaşma proqramlarına nəzarət ediləcək


  • 9 Aprel 11:18

Avstraliyada “WhatsApp” və “Telegram” kimi mesajlaşma proqramlarına nəzarətlə bağlı qanun layihəsi hazırlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə uzun illərdir müzakirə edilən “WhatsApp” və “Telegram” kimi rəqəmsal mesajlaşma imkanlarını təmin edən tətbiqlərə nəzarətlə bağlı qanun layihəsi parlamentin alt komitəsinə göndərilib.

Daxili İşlər Naziri Gerhard Karner bu addımın milli təhlükəsizlik və mümkün terror aktının və ya strukturunun qarşısının alınması məqsədilə atıldığını bildirib. Nazir bu yoxlamanın aparılması üçün müəyyən şərtlərin tələb olunduğunu deyib. Karner, qanun layihəsinin təxminən səkkiz həftə müddətində parlament alt komitəsi tərəfindən araşdırılacağını və tənzimləmənin qarşıdakı aylarında tətbiq oluna biləcəyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər