- 17 Aprel 23:52
ABŞ-nin Virciniya ştatında silahlı insident zamanı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın rəsmisi Elizabeth Scott hadisənin Spotsilvaniya bölgəsində, yerli vaxtla saat 17:30-da baş verdiyini bildirib.
Onun sözlərinə görə, bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin törədən şəxslərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə