- 17 Aprel 23:52
Türkiyənin Trabzon şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Trabzonun Araklı rayonunda baş verən torpaq sürüşməsi zamanı yamacdan qopan torpaq və qaya parçaları Karatəpə məhəlləsinə çıxışı təmin edən yola tökülüb. Nəticədə Karatəpə məhəlləsinə gedən yol nəqliyyatın hərəkətinə bağlanıb.
Araklı Bələdiyyə sədri Hüseyn Avni Çəbi sürüşmənin qar sularının əriməsi nəticəsində meydana gəldiyini bildirib.
Bələdiyyə sədri təbii fəlakət nəticəsində ölən və xəsarət olmadığını söyləyib.
Şəbnəm Mehdizadə