Yaşayış binasında güclü yanğın olub, sakinlər təxliyə edilib


  • 9 Aprel 10:26

Türkiyənin Diyarbəkir şəhərində yaşayış binasında güclü yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Bağlar rayonunda yerləşən binanın 2-ci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər tüstüdən zəhərlənib.

Bölgəyə dərhal yanğınsöndürənlər, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Bina sakinləri qrupların köməkliyi ilə təxliyə edilib.

Yanğın qrupların bir müddət sonra söndürülüb.

Zərərçəkən şəxslər şəhərdəki xəstəxanalara çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər