- 17 Aprel 23:52
Dominikan Respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, paytaxt Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı çöküb. Həmin vaxt içəridə 300 müştərinin olduğu bildirilib.
Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin bildirib ki, dağıntılar altında qalan 79 nəfər həlak olub. Təxminən 160 yaralı xəstəxanalara aparılıb. Axtarış-xilasetmə işləri davam edir.
Bölgədə müəvəqqəti qanvermə mərkəzi yaradılıb.
Hadisənin səbəbləri araşdırılır.
Dominikan Respublikasının Prezidenti Luis Abinader ölkədə üç günlük matəm elan edib.
Prezident ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Şəbnəm Mehdizadə