- 17 Aprel 23:52
Türkiyənin Gümüşhane şəhərində 4.2 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Gümüşhanenin Kelkit rayonunda yerli vaxtla saat 06:09-da 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 5,09 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Gümüşhane valisi Aydın Baruş dağıntı və tələfatın olmadığını bildirib.
Şəbnəm Mehdizadə