- 16:13
Çinin Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa məlumat verib.
"Biz Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq", - Sıbıqa bildirib.
Nazirin sözlərinə görə, bu addım Çin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı yayılan məlumatlarla əlaqədardır.