Qəzzada ölənlərin sayı 50 810 nəfərə çatdı


  • 8 Aprel 15:52

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 58 nəfər ölüb, 213 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 449 fələstinli həyatını itirib, 3 647 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 50 810-a, yaralıların sayı isə 115 688 çatıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Humay Eminqızı

Oxşar xəbərlər