- 16 Aprel 19:07
ABŞ alimləri süd vəzi xərçənginin aqressiv növlərinə qarşı yeni müalicə metodu hazırlayıblar.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, işığa həssas kimyəvi birləşmələrdən istifadə edən fotodinamik terapiya (PDT) xərçəng hüceyrələrini effektiv şəkildə məhv edib.
Biokimya professoru Sophia Lunt və kimya mühəndisliyi üzrə professor Riçard Luntun rəhbərliyi altında hazırlanmış bu yeni üsulda “siyanin-karboran duzları” adlanan birləşmələrdən istifadə edilib.
Bu birləşmələrin siçanlar üzərində aparılan təcrübələrdə metastatik süd vəzi xərçəngi hüceyrələrini hədəfə aldığı bildirilib.
Professor Sophia Lunt bildirirb ki, innovativ siyanin-karboran duzları aqressiv süd vəzi xərçəngi olan xəstələr üçün hədəflənmiş müalicə variantı təklif edir. O, bu tədqiqatın daha təhlükəsiz və daha effektiv müalicələrə yol açacağını da qeyd edib.
Tədqiqatçılar bu üsulla gələcəkdə xərçəngin digər növləri üzərində sınaqdan keçirmək üçün çalışamalar aparır.
Şəbnəm Mehdizadə