- 16 Aprel 19:07
Yaponiya Şimali Koreyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
E-huquq.az “Japan Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa məlumat verib.
O, ölkəsinin Şimali Koreyaya qarşı sanksiyalarının daha iki il müddətinə uzadılacağını açıqlayıb.
Hayaşi xatırladıb ki, rəsmi Pxenyan nüvə proqramları ilə Yaponiya vətəndaşlarını həbs edir. Buna görə də Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar daha iki il müddətinə uzadılacaq.
Sanksiyalarda Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasının və iki ölkə arasında ticarətin qadağan edilməsi də yer alacaq. Hayaşi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) sanksiya qərarları yerinə yetirilməlidir.
Şəbnəm Mehdizadə