İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib, saxlanılanlar var


  • 8 Aprel 13:00

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber2ə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaqda 32 nəfərin terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib. Şübhəli şəxslər barəsində həbs qərarı çıxarılıb.

Polisin keçirdiyi əməliyyatda 20 şübhəli saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı çoxlu sayda silah-sursat, rəqəmsal material və pul ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər