- 16 Aprel 19:07
Hindistanın Madhya-Pradeş əyalətində yanvar-fevral aylarında ürək əməliyyatı etdiyi 15 xəstədən 7-si dünyasını dəyişən "saxta həkim" saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.
"Hindustan Times"ın məlumatına görə, əyalət polisi 7 nəfərin ölümündən sonra istintaq başladıldığını deyib.
O bildirib ki, Narendra Con Camm kimi tanınan "həkim"in əsl adı Narendra Vikramaditya Yadavdır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Yadav saxta tibbi arayış və sənədləri hazırlamaqda və bu sənədlərdən başqalarına zərər vermək və ya aldatmaq üçün istifadə etməkdə ittiham edilir.
Chhattisgarh əyalətinin keçmiş müşavirinin oğlu Pradeep Shukla, atasının da 2006-cı ildə Yadav tərəfindən əməliyyat olunduğunu və daha sonra öldüyünü iddia edib.
Faktlarla bağlı araşdırma davam edir.
Humay Eminqızı