İlon Maskın sərvəti 300 milyard dollardan aşağı düşüb


  • 8 Aprel 12:20

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" şirkətinin səhmlərinin son aylarda azalması şirkətin qurucusu və baş direktoru İlon Maskın sərvətinin 300 milyard dollardan aşağı düşməsinə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə iş adamı ilin əvvəlindən 134,7 milyard dollar itirib ki, bu da dünyanın ən varlı adamları arasında altıncı ən böyük itkidir.

Bu dinamika ictimai rəyin milyarderə qarşı tam tərsinə çevrilməsinin nəticəsidir. Maskın sərvəti Donald Trampın prezident seçkilərindəki qələbəsindən sonra yüksəlib, lakin bu iki şəxsin sonrakı fəaliyyəti Maskı tənqid hədəfinə çevirib və şirkətin elektriklə işləyən avtomobillərinin satışına mənfi təsir edib.

"Tesla"nın bazar kapitallaşması dekabr ayının ən yüksək göstəricilərindən bəri yarıya enib.

Qeyd edək ki, üç həftə əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik 235 dollardan aşağı düşməsini təsəvvür etməyin mümkün olmadığını desə də, "Tesla"nın səhmləri bir gün əvvəl 215 dollara düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər