Filippində Kanlaon vulkanı püskürüb


  • 8 Aprel 11:34

Filippinin Neqros adasındakı Kanlaon vulkan püskürüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.

Məlumata görə, vulkan yerli vaxtla saat 05:51-də püskürüb.

İlkin məlumatlara görə, püskürmə zamanı vulkandan 4000 metr yüksəkliyə kül səpilib.

Qeyd edək ki, Kanlaon vulkanı 2024-cü ilin iyun və dekabr aylarında püskürüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər