- 16 Aprel 19:07
Kanada ABŞ-nin Kanadadan idxal etdiyi avtomobillərə və avtomobil hissələrinə tətbiq etdiyi 25 faizlik rüsumla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
Bəyanatda Kanadanın tələbi təşkilat üzvlərinə çatdırılıb.
Kanada iddia edir ki, ABŞ-nin 25 faizlik tarifi 1994-cü ildə Tariflər və Ticarət üzrə Baş Sazişin bir sıra müddəalarını pozur. Əgər ABŞ ilə məsləhətləşmələr 60 gün ərzində məsələni həll edə bilməsə, Kanada şikayətlə bağlı ÜTT-nin qərarını tələb edə bilər.
Şəbnəm Mehdizadə