80 yaşlı kişi yanğında öldü


  • 8 Aprel 11:22

Türkiyənin Mardin şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı 1 nəfər ölüb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mardinin Nusaybin rayonunda yataq xəstəsi olduğu bildirilən 80 yaşlı Ahmet Kartal və 75 yaşlı həyat yoldaşı Peyruze Kartalın yaşadığı evdə naməlum səbəbdən yanğın baş verib.

Əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğının qarşısı alınıb.

Yanğın zamanı yaşlı kişi ölüb, həyat yoldaşı isə xəsarət alıb.

Yaralı təcili yardımla Nusaybin Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər